6 kənd viran olub, 60 kənd dağılıb, 700 yaralı, 90 ölü... - TƏBRİZ ZƏLZƏLƏSİ
İranın Şərqi Azərbaycan əyalətində bu gün baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 90 nəfəri, yaralıların sayı 700 nəfəri keçib. Lent.az bu barədə İrandakı mənbələrə istinadən məlumat verir. Zəlzələdən sonrakı durumun ilk fotoları yerli mediada yayımlanıb. həmin fotolardan bir neçəsini diqqətinizə çatdırırıq.
***
“İranda baş vermiş, mərkəzi Vərziqan və Əhər olan zəlzələdə 40-50 nəfər həyatını itirib”. Lent.az-ın İrandakı mənbələrə istinadən məlumatına görə, bu barədə İran İslam Respublikasının Şərqi Azərbaycan əyalətinin föqəladə hallar komissiyasının sədri Qulamrza Məsumi bildirib. Komissiya sədri bildirib ki, zəlzələ zonasında 400 nəfər yaralı Təbriz və Ərdəbil xəstəxanalarına yerləşdirilib. O, həmçinin iki helikopter və 17 ambulansın zəlzələ zonasına gondərildiyini deyib.
Şərqi Azərbaycan əyalətinin səhiyyə işləri məsulu, doktor Dəmədirad hələlik 30 meyitin Vərziqan morquna təhvil verildiyini bildirib. Lakin o, əlavə edib ki, ölənlərin sayı çoxala bilər.
Böhran Komitəsinin sədri Xəlil Sai isə bildirib ki, bölgədəki 60 kənddə 60-70% dağıntı var. 6 kənd isə tamamilə viran olub. O bildirib ki, hələlik Heris və Vərziqan şəhərlərindəki dağınrtı barədə məlumat dəqiqləşmədiyi üçün bu rəqəmlər dəyişə bilər.
Xəlil Sai Şərqi Azərbaycan əyalətində yaşayan vətəndaşları bu gecəni evlərindən kənarda keçirməyə çağırıb.
Sədrəddin Soltan

Oxşar yazılar
Həmkəndlisinə atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16