Gəmi kapitanımız Xəzərdə itkin düşüb
13 avqust 2012 10:20 (UTC +04:00)

Gəmi kapitanımız Xəzərdə itkin düşüb

0
Xəzərin Azərbaycan sektorunda gəmi kapitanı itkin düşüb.

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib.

Hadisə dünən “Bahar” neft yatağı yaxınlığında baş verib. Xəzər Dəniz Neft Donanmasına məxsus gəminin kapitanı, 1959-cu il təvəllüdlü Fəxrəddin Əkbərov ehtiyatsızlıqdan dənizə yıxılıb. Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik onu tapmaq mümkün olmayıb.

Hazırda kapitanın tapılması istiqamətində axtarışlar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2592

Oxşar yazılar