Adam öldürmüş şəxs həbsxanada öldü
13 avqust 2012 11:00 (UTC +04:00)

Adam öldürmüş şəxs həbsxanada öldü

0
Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1937-ci il təvəllüdlü Haqverdiyev Haqverdi Şaban oğlu ürəyin işemik xəstəliyi, kəskin bronxit xəstəlikləri ilə müalicə mərkəzinə daxil olub. O, avqustu 11-də axşam saatlarında ölüb.

Qeyd edək ki, H.Haqverdiyev Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib və məhkəmə tərəfindən 2008-ci ildə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2911

Oxşar yazılar