2 yaşlı qız faciəvi şəkildə öldü
13 avqust 2012 15:04 (UTC +04:00)

2 yaşlı qız faciəvi şəkildə öldü

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə 2010-su il təvəllüdlü Hüseynova Nərmin Pərvin qızının Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Qaradırnaq kəndindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 100 km məsafədə, nəzarət olunmayan ərazidə) batması ilə bağlı məlumat daxil olub.

Dərhal xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. N. Hüseynovanın cəsədi batdığı yerdən, təxminən, 100 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2046

Oxşar yazılar