Güney Azərbaycanda ölənlərin sayı 306 nəfərə çatdı
13 avqust 2012 15:06 (UTC +04:00)

Güney Azərbaycanda ölənlərin sayı 306 nəfərə çatdı

0
Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin səhiyyə naziri Marziə Vahid Dascərdi İran parlamentində etdiyi çıxışı zamanı bildirib ki, bölgədəki xəstəxanaların morqlarına gətirilən cəsədlərin 219 nəfəri qadın və uşaqlardır.

Nazir qeyd edib ki, təbii fəlakət nəticəsində 3037 nəfər yaralanıb: “Yaralılardan 2011 nəfəri zəlzələ bölgəsində müalicə edilir, digərləri isə xəstəxanalara köçürülüb.

İran KİV-lərində dünən yayılan xəbərdə vurğulanır ki, cəsədlərdən bəzilərinin meyitxanalara göndərilməyib, bölgədə torpağa basdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1247

Oxşar yazılar