Bakıda ölmüş şəxsin bankomat kartını oğurlayıblar
14 avqust 2012 13:24 (UTC +04:00)

Bakıda ölmüş şəxsin bankomat kartını oğurlayıblar

0
Avqustun 13-də Bakı şəhər sakini Sevil Əsgərova polisə müraciət edərək, evlərində yanğın baş verməsi nəticəsində vəfat etmiş qardaşı İlyas Məmmədəliyevə məxsus hesabında 260 manat pul olan bankomat kartının oğurlandığını bildirib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Hacıağa Dadaşov tutulub.

Qeyd edək ki, İ.Məmmədəliyevə məxsus ev bu il fevral ayının 12-də yanıb. 58 yaşlı ev sahibi yanaraq ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1809

Oxşar yazılar