TƏCİLİ: Bakı metrosunda həyəcan: “İçərişəhər” stansiyası tüstüləndi -YENİLƏNİB
Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a bildirilib ki, tüstülənmədən sonra boşaldılan “İçərişəhər” stansiyasında müvafiq təhlükəsizlik tədbirləri görülüb. Bir neçə dəqiqə əvvəl stansiyanın qapıları yenidən sərnişinlərin üzünə açılıb.
***
14 Avqust 2012 18:22
Bu gün saat 18 radələrində Bakı metropoliteninin “İçərişəhər” stansiyasında qəza baş verib. Lent.az-ın məlumatına görə, stansiyada partlayış səsi eşidilib, platformalarını və tuneli tüstü bürüyüb. Dərhal sərnişinlər stansiyadan çıxarılıb. Əraziyə xeyli polis, xilasedici cəlb edilib.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov Lent.az-a bildirib ki, stansiyaya gələn tuneldə qəza baş verib: “Orda yüksək gərginlikli kabellərdə qəza olub. Tüstülənmə baş verdiyinə görə, məcbur olduq ki, stansiyanı bağlayaq. Hazırda əməkdaşlarımız işləyirlər”.
E.Muradov bildirib ki, mümkün olan ən qısa müddətdə “İçərişəhər” stansiyası işini bərpa edəcək.
Nizam RZA

Oxşar yazılar

Şəmkirdə çay evi yandı
3 avqust 2025 , 08:30
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14