İsmayıllıda dəhşətli qətl: ər arvadını baltaladı
20 avqust 2012 12:27 (UTC +04:00)

İsmayıllıda dəhşətli qətl: ər arvadını baltaladı

0
Azərbaycanın İsmayıllı rayonunda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə ötən gecə rayonun Qəzli kəndində qeydə alınıb. Kənd sakini Valeh Məmmədov ailə münaqişəsi zəminində həyat yoldaşı Tamerlan Məmmədovanı baltalayıb. Qadın aldığı xəsarətdən hadisə yerində keçinib.


Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən V. Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3714

Oxşar yazılar