Qanlı ailə dramı: 86 yaşlı kişi həyat yoldaşını, qızını və özünü öldürüb
31 avqust 2012 19:56 (UTC +04:00)

Qanlı ailə dramı: 86 yaşlı kişi həyat yoldaşını, qızını və özünü öldürüb

0
Bu gün axşam saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Alekseyevka kənd sakini, 1928-ci il təvəllüdlü Məmmədov Möhübbət Seyidbala oğlu həyat yoldaşı, 1957-ci il təvəllüdlü Məmmədova Xatın Əhməd qızını, 14 yaşlı qızı Xatirəni, sonra isə özünü ov tüfəngi ilə öldürüb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.
Faktla bağlı cinayət işi açılıb, hadisənin səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5018

Oxşar yazılar