29 yaşlı oğlanın meyiti tapıldı
03 sentyabr 2012 11:07 (UTC +04:00)

29 yaşlı oğlanın meyiti tapıldı

0
Sentyabrın 1-də Yuxarı Qarabağ kanalında Ağcabədi rayonunda keçən hissəsində batmış şəxsin meyiti tapılıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ən yaxın xilasetmə məntəqəsindən 130 km aralıda batmış 1983-cü il təvəllüdlü Məhərrəm İsa oğlu Əliyevin axtarışları başa çatıb.

M. Əliyevin cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 700-800 m aralıda tapılaraq sudan çıxarılıb. Meyit təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1261

Oxşar yazılar