Metroda növbəti bomba yalanı
03 sentyabr 2012 11:09 (UTC +04:00)

Metroda növbəti bomba yalanı

0
Bakı Metropolitenin “20 Yanvar” stansiyasına partlayıcı qurğunun yerləşdirilməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. Lent.az-n FHN-nin saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə apardıqları axtarış işləri nəticəsində həmin metro stansiyanın ərazisində şübhəli əşya aşkar etməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1095

Oxşar yazılar