Polis gücləndirilmiş iş rejiminə keçib
15 sentyabr 2012 12:50 (UTC +04:00)

Polis gücləndirilmiş iş rejiminə keçib

0
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Əmrə əsasən, 17 yaşına qədər qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsi zamanı respublikada ictimai asayişin etibarlı qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə sentyabrın 15-dən Daxili İşlər Nazirliyi Aparatı, Bakı şəhər Baş Polis İdarəsi və Lənkəran Şəhər Polis Şöbəsinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq. Həmçinin yarışların keçiriləcəyi stadionlarda, habelə qonaqların yerləşdiyi mehmanxanalarda polis nəzarəti artırılacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1417

Oxşar yazılar