Ermənilər cəbhəboyu atəşkəsi pozub
01 mart 2011 09:41 (UTC +04:00)

Ermənilər cəbhəboyu atəşkəsi pozub

0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 28-də saat 19.20-dən 19.35-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 18.30-dan 18.40-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.10-dan 20.20-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.20-dən 23.35-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Alıxanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, martın 1-də saat 07.10-dan 07.20-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.


Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 521

Oxşar yazılar