Günün tarixi
15 mart 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
Eradan əvvəl 44. Yuli Sezar qətlə yetirilib

1878. Maarif xadimi Şeyx Məhəmməd Hacı Abdulla oğlu Rasizadə anadan olub

1897. Aktyor Ağasadıq Gəraybəyli anadan olub

1906. “Rollce Roys” firması rəsmi qeydiyyata alınıb

1923. Azərbaycan Kommunist (bolşevik) partiyasının 12 martda başlayan V qurultayı başa çatıb

1927. SSRİ Elmlər Akademiyası “Qadınları öyrənən muzey” təsis edib

1930. Sovet İttifaqı Kommunist Partiyası “İqtisadi cəhətdən geri qalan rayonlarda kollektivləşmə və qolçomaqlara qarşı mübarizə haqqında” qərar verib

1935. Sənaye və kənd təsərrüfatındakı nailiyyətlərə görə Azərbaycan SSR Lenin ordeni ilə təltif edilib

1938. Səudiyyə Ərəbistanında ilk dəfə neft tapılıb

1939. Faşist qoşunları Çexoslovakiyanı işğal edib

1941. Üzeyir Hacıbəyovun “Koroğlu” operası və Səməd Vurğunun “Vaqif” pyesi dövlət mükafatına layiq görülüb

1946. SSRİ Xalq Komissarları Soveti Nazirlər Sovetinə çevrilib

1990. SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov and içib

1990. SSRİ və Vatikan arasında diplomatik münasibətlər qurulub

1994. Belarusda yeni Konstitusiya qəbul edilib

1995. AŞPA-nın Daimi Komitəsi “Ermənistan və Azərbaycanda qaçqın və məcburi köçkünlərin humanitar vəziyyətinə dair” 1059 saylı qətnamə qəbul edib

2007. Azərbaycanla Tacikistan arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə imzalanıb.

Günün aforizmi

“Əsəri olmayan alim barsız ağacdır”

Sədi Şirazi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 694

Oxşar yazılar