4 yaşlı körpə faciəli şəkildə öldü
02 aprel 2011 11:24 (UTC +04:00)

4 yaşlı körpə faciəli şəkildə öldü

0
Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ağabağı kəndində ailələrdən birində yaşayan 2007-ci ildə anadan olmuş Məhərrəmov Gündüz Seydulla oğlu yaşadığı evin həyətinin yaxınlığından keçən su kanalına düşüb.

Hadisə baş verən zaman körpənin yaxınlığında heç kim olmadığından onu xilas etmək mümkün olmayıb. Yaxınları 4 yaşlı Gündüzün yoxa çıxdığını görüncə onu axtarmağa başlayıblar və meyitini su kanalında aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 569

Oxşar yazılar