“Azərbaycan Dəmir Yolları”nın şöbə rəisini baltalayaraq öldürüblər - TƏFƏRRÜAT
09 aprel 2011 14:13 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları”nın şöbə rəisini baltalayaraq öldürüblər - TƏFƏRRÜAT

0
“Azərbaycan Dəmir Yolları” idarəsinin şöbə rəisinin öldürülməsinin təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, 1968-ci ildə anadan olmuş Reyhan İsgəndərlinin itkin düşməsi ilə bağlı polisə məlumatı onun həyat yoldaşı Əfqan İsgəndərli verib. Dərhal hüquq-mühafizə orqanları qadının axtarışlarına başlayıb və məsələ ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Sonradan məlum olub ki, R.İsgəndərlinin ölümündə onu keçmiş həyat yoldaşı olan Əfqan İsgəndərlinin dayısı Gəncə Cəfərov iştirak edib. G.Cəfərov özünə məxsus evdə dostu İlqar Ağayevlə birgə R.İsgəndərlinin başına balta və çəkiclə çoxsaylı zərbələr endiriblər və qadın hadisə yerindəcə ölüb.

Onlar öldürdükləri qadının meyitini Xızı rayonunun Altıağac qəsəbəsinə gedən yolun kənaına apararaq, orada basdırıblar. Məlumatda o da bildirilir ki, R.İsgəndərli ayrıldığı həyat yoldaşının qohumları arasında yalnız G.Cəfərovla münasibət saxlayırmış. G.Cəfərovun onu öldürməsi, ilkin ehtimala görə, tamah məqsədi daşıyıb.

Qeyd edək ki, öldürülən R.İsgəndərli “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsinin rəisi vəzifəsində çalışırmış.

Qətldə şübhəli bilinən G.Cəfərov və İ.Ağayev yaxalanıblar.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 555

Oxşar yazılar