Azərbaycanın bəzi bölgələrində qasırğa baş verib
0
0
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, respublika ərazisində əsən güclü cənub-qərb küləyi artıq şimal-qərb küləyinə keçib: “Bununla əlaqədar respublikanın bir çox ərazilərində - Qazax, Gəncə, Şəmkir, Naftalan, Lənkəran, Astara, Lerikdə, Mərkəzi Aran rayonlarında güclü külək müşahidə edilib. Artıq bu gün gündüzdən başlayaraq, Bakı və Abşeron yarımadasında cənub-qərb küləyi şimal-qərb küləyinə keçib”.
A. Verdiyev deyib ki, Bakı və Abşeron yarımadasında ən güclü külək Biləcəridə baş verib: “Səhər saatlarının məlumatına əsasən, Biləcəridə cənub-qərb küləyinin sürəti saniyədə 23-25 metr olub. Artıq külək gündüz şimal-qərb küləyinə keçib. Küləyin sürəti saniyədə 25-30 metrə çatıb”.
A. Verdiyevin sözlərinə görə, küləyin istiqaməti gündüzdən başlayaraq dəyişsə də, hazırda güclü qərb küləyi müşahidə edilir.
Nazirlik rəsmisi deyib ki, hazırda Bakı və Abşeron yarımadasında müşahidə edilən şimal-qərb küləyi gecə yenidən cənub-qərb küləyi ilə əvəzlənəcək. Sabah gündüz külək yenidən şimal-qərb küləyinə keçəcək: “Şimal-qərb küləyi artıq gecəyə doğru mülayimləşəcək. Sabah külək Bakı və Abşeron yarımadasında cənub-qərb küləyinə keçəcək, arabir güclənəcək, axşam külək yenidən şimal-qərb küləyinə keçəcək və mülayimləşəcək. Artıq bu gecə əsəcək cənub-qərb küləyinin sürəti bu gün ərzində müşahidə edilən cənub-qərb küləyinin sürətindən nisbətən az olacaq”.