Xaçmazda qətlə yetirilən qadının keçmiş əri təslim oldu
0
0
Ötən gün Xaçmazda qətlə yetirilən 20 yaşlı Töhfənisə Məhərrəmovanı bıçaqla qətlə yetirməkdə təqsirləndirilən Xaçmazın Miyəzəbad kənd sakini, 1986-cı il təvəllüdlü Arif Abbasov polisə təslim olub.O, bu gün səhər saatlarında Xaçmaz rayon polis şöbəsinə gələrək cinayət törətdiyini etiraf edib. Xaçmaz rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Arif Abbasov istintaqa təhvil verilib.
Qeyd edək ki, qətlə yetirilən şəxs Xaçmaz rayon Mədəniyyət Evinin direktoru Südabə Məhərrəmovanın qızıdır. O, Arif Abbasovdan 8 aydır ki, ayrılmışdı və bir azyaşlı övladı var. Aprel ayının 19-da Arif Abbasovla Töhfənisə Məhərrəmova arasında növbəti məhkəmə prosesi olmalı idi.
Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda AR CM-nin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Veli Turan