Xəzərdən qadın meyiti tapılıb
11 aprel 2011 11:18 (UTC +04:00)

Xəzərdən qadın meyiti tapılıb

0
Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, dənizin Nardaran qəsəbəsinin ərazisinə düşən sahilində 60-65 yaşlı qadının meyiti aşkarlanıb. Məlumata görə, sarışın bənizli naməlum qadının boğazında üzərində xaç şəklində olan kulon boyunbağı tapılıb. Qadının rus əsilli olduğu güman edilir. Meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb.

Qadının hansı şəraitdə və nə vaxt dənizdə boğulması Sabunçu rayon Prokurorluğu tərəfindən araşdırılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 517

Oxşar yazılar