Quba sakini həmkəndlisini bıçaqlayıb
0
0
Aprelin 10-da axşam saatlarında Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. Quba rayon 2-ci Nügədi kənd sakini, 42 yaşlı Teymur Quliyev həmkəndlisi, 33 yaşlı Eldar Məcidov tərəfindən bıçaqlanıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, xəsarət alan şəxs dərhal Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərinin səyi nəticəsində xəsarət alanın həyatını xilas etmək mümkün olub. O, döş və qarın boşluğunda 3 bıçaq zərbəsi alıb. Hazırda xəsarət alan şəxs reanimasiya şöbəsindədir.
Quba rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, həmkəndlisini bıçaqlayan Eldar Məcidov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vəli Turan
Quba rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, həmkəndlisini bıçaqlayan Eldar Məcidov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Vəli Turan
0
0