Qubada iki mərtəbəli ev yanıb
0
0
Aprelin 11-də Quba rayonunda yaşayış evi yanıb. Hadisə rayonun Zərdabi kəndində Lətif Cəfərzadəyə məxsus iki mərtəbəli yaşayış evində baş verib.
Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, 150 kvadrat metrlik yaşayış evinin 50 kvadrat metrlik hissəsi əşyalarla birlikdə yanıb. Yanğın baş verən zaman evdə heç kim olmayıb. Alovun söndürülməsinə Quba Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını cəlb olunub. Qısa zaman kəsiyində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Ehtimallara görə, yanğın elektrik xətlərində baş verən qısaqapanma nəticəsində baş verib.
Vəli Turan