FHN Tərtərdəki hadisə ilə bağlı məlumat yayıb
0
0
Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Tərtər şəhəri, H.Əliyev prospektində istismarı dayandırılmış neft quyusunda qaz püskürməsi qeydə alınıb. Yanğın hadisəsi olmayıb. Baş verə biləcək yanğının qarşısını almaq məqsədilə yanğınsöndürənlər hadisə yerində növbə çəkirlər. Müvafiq qurumlar tərəfindən iş aparılır.
0
0