DSX sərhəddəki insidentlə bağlı məlumat yayıb
11 aprel 2011 15:11 (UTC +04:00)

DSX sərhəddəki insidentlə bağlı məlumat yayıb

0
DSX-in mətbuat mərkəzindən APA-ya verilən məlumatda bildirilir ki, Azərbaycanın İran İslam Respublikası ilə sərhəd olan Yardımlı rayonu ərazisində naməlum şəxs sərhədi qanunsuz keçməyə cəhd göstərib. Azərbaycan sərhədçiləri tərəfindən ona “Dayan!” əmri verilsə də, sərhəd pozucusu buna məhəl qoymayıb. Sərhədçilər ona atəş açmaq məcburiyyətində qalıblar. Nəticədə sərhəd pozucusu aldığı güllə yarasından dünyasını dəyişib.


Araşdırmalar nəticəsində sərhəd pozucusunun şəxsiyyəti müəyyənləşib. Məlum olub ki, həmin şəxs Yardımlı rayon sakini Cəfər Cəfərovdur.
DSX-dən, həmçinin bildirilib ki, C.Cəfərov bundan əvvəl də Azərbaycan-İran sərhədini qanunsuz keçmək istəyərkən 3 dəfə saxlanılıb, barəsində müvafiq tədbirlər görülüb.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1679

Oxşar yazılar