Günün tarixi
23 aprel 2011 00:20 (UTC +04:00)

Günün tarixi

0
1564. İngilis dramaturq Vilyam Şekspir anadan olub. O, 1616-cı ildə eyni gündə vəfat edib, Şekspirin əsərləri Azərbaycan dilinə də tərcümə edilərək səhnələşdirilib

1616. İspan yazıcı Miqel Servantes anadan olub

1858. Alman fizik Maks Plank anadan olub

1920. Qafqaz cəbhəsi Komandanlığının 490 saylı direktivinə əlavə olaraq Azərbaycan Respublikasının bütün ərazisini ələ keçirmək 1-ci Qızıl Orduya son vəzifə kimi tapşırılıb

1920. Türkiyə Böyük Millət Məclisinin ilk iclası keçirilib. Bu tarix Türkiyədə “Milli hegemonluq və uşaq Bayramı” kimi qeyd edilir

1929. Ümumittifaq Kommunist partiyasının 16-cı konfransı keçirilib. İlk beşillik plan qəbul edilib

1933. Herman Hörinqin rəhbərliyi ilə Almaniyada gizli polis (Gestapo) təşkil edilib

1935. Polşada yeni Konstitusiya qəbul edilib

1944. Mehdi Hüseynzadənin Triyest şəhərində restoranı partlatması nəticəsində 150 alman zabiti ölüb

1947. Bəstəkar Faiq Sücəddinov anadan olub

1977. Akademik Mirəli Qaşqay vəfat edib

1979. Xanəndə Fərqanə Qasımova anadan olub

1990. “Hubble” teleskopu orbitə çıxarılıb

1994. Moldovanın tərkibində Qaqauz Muxtar Respublikası təsis edilib

1997. Azərbaycan və Qırğızıstan arasında 10 saziş, o cümlədən “Dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb

2003. Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında memorandum imzalanıb

2007. Rusiyanın ilk prezidenti Boris Yeltsin vəfat edib

2009. Türkiyə və Ermənistan arasındakı “yol xəritəsi” təsdiqlənib

Günün aforizmi

“Oylə bir tərcümə kim, ruhi Şekspir görəcək,
Ağladı Otelloyla bərabər həm özünə”.

M.Ə.Sabirin “Hamlet”in tərcüməsinə münasibəti.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 625

Oxşar yazılar