Xəzərdə batan balıqçıların meyitləri tapılıb
0
0
Aprel ayının 21-də Xəzər dənizinin Şabran rayonu ərazisində batan balıqçı qayığında olan balıqçıların meyitləri tapılıb. Lent.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, əvvəlcə Şabran rayon Dəvəçikənd kənd sakini, 40 yaşlı Samir Şadıyevin cəsədini tapmaq mümkün olub.
Samir Şalıyevin meyiti Xızı rayonunun Giləzi kəndinin yaxınlığında sahildən tapılıb. Onun meyiti ailəsinə təhvil verilib. Onunla birlikdə batan həmkəndlisi 45 yaşlı Cabir Əhmədovun axtarışları isə davam etdirilib. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Xaçmazdakı Şimal Regional Mərkəzinin, FHN-nin Dövlət Sularda Xilasetmə Mərkəzinin əməkdaşları ilə yanaşı, dənizdə batanların ailə üzvləri və qohumları da qoşulub.
Axtarışlar öz nəticəsini verib. Aprel ayının 23-ü səhər saatlarında digər itkin düşən 45 yaşlı Cabir Əhmədovun meyiti Siyəzən rayonu ərazisində tapılıb.
Qeyd edək ki, Şabran rayonu ərazisində balıqçı qayığı aprel ayının 21-də batıb.
Vəli Turan