Mövqelərimiz atəşə tutulub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 24-də saat 13.55-dən 14.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 23.30-dan 23.35-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 25-də saat 01.00-dan 01.10-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
0
0