“Hyundai” və “Nissan” toqquşdu: 3 qadın yaralandı
25 may 2011 10:16 (UTC +04:00)

“Hyundai” və “Nissan” toqquşdu: 3 qadın yaralandı

0
Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Azadlıq prospekti ilə Davudoğlu küçəsinin kəsişməsində 10 XT 301 nömrə nişanlı “Hyundai” və 10 KU 994 nömrəli “Nissan” toqquşub. Nəticədə həmin avtomobillərdə olan 3 nəfər - 53 yaşlı Minəxanım Aydayeva, onun 16 yaşlı qızı Ayan və 48 yaşlı Qızqayıt İsgəndərova müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Kliniki Tibbi Mərkəzinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 725

Oxşar yazılar