Bakıda avtobus yük maşınına çırpıldı: 5 yaralı
13 iyun 2011 10:49 (UTC +04:00)

Bakıda avtobus yük maşınına çırpıldı: 5 yaralı

0
İyunun 12-də Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Aeroport şossesində 10 TG 252 nömrə nişanlı “Daewoo” markalı marşrut avtobusu və 85 CE 336 nömrəli “KamAZ” toqquşub.


Nəticədə avtobusda olan 5 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər bunlardır:

Dadaşova Gülnarə Ağadadaş – 1964
Dadaşova Ülviyyə Natiq – 1995
Dadaşova Seyidnisə Natiq – 1998
Əliyeva Sevda İlqar – 1990
Kazımov Fəxrəddin Murad – 1958

Qeyd edək ki, qəzada yaralananlar arasında olan Dadaşovalar bir ailənin üzvləridir. Qəza zamanı ana və iki qızı yaralanıb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar