Gəncədə qanunsuz “Yahova şahidləri” toplantısı
13 iyun 2011 13:41 (UTC +04:00)

Gəncədə qanunsuz “Yahova şahidləri” toplantısı

0
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi və Nizami (Gənsə) RPŞ əməkdaşlarının iyunun 12-də birgə həyata keçirdikləri tədbirlər nəticəsində Gənsə şəhər sakini Yeganə Qəhrəmanova 37 nəfərin iştirakı ilə "Yəhova şahidləri" dini ismasının qanunsuz yığınacağını keçirməsi müəyyən edilib.


Onlar RPŞ-yə dəvət olunub, Y.Qəhrəmanova və həmyerliləri Rəna Sadıqova, Rəşad Niftəliyev və Bakı şəhər sakini Teymur Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 299-su (dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsinə əsasən protokol tərtib edilərək tədbir görülməsi üçün məhkəməyə göndərilib, digərlərinə isə xəbərdarlıq edildikdən sonra buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 673

Oxşar yazılar