Bitərəf məhbusun işindən şikayət verildi
13 iyun 2011 13:41 (UTC +04:00)

Bitərəf məhbusun işindən şikayət verildi

0
Bu barədə Lent.az-a vəkil Yalçın İmanov məlumat verib. O bildirib ki, Səbail Rayon Məhkəməsinin iyunun 8-də çıxardığı qərarının ləğvini və Elnur İsrəfilovun azadlığa buraxılmasını tələb edirlər.

Qeyd edək ki, iyunun 8-də Səbail Rayon Məhkəməsi istintaq qrupunun vəsatətinə baxaraq Elnur İsrəfilovun həbs müddətini iki ay artırmışdı.

Xatırladaq ki, Elnur İsrəfilov Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurdu. O, həmçinin, 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də təqsirli bilinir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 578

Oxşar yazılar