13 yaşlı ananın uşağını ondan ALDILAR
13 sentyabr 2022 14:27 (UTC +04:00)

13 yaşlı ananın uşağını ondan ALDILAR

Sentyabrın 6-da Bakıda ana olan 13 yaşlı yeniyetmənin müalicəsi davam etdirilir. Ev şəraitində ana olan yeniyetmə TƏBİB-in Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundadır. 

Bu barədə Lent.az-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, körpənin Səhiyyə Nazirliyinin nəzdində yerləşən 1 saylı Körpələr Evinə yerləşdirilməsi ilə bağlı işlər gedir.

“Xətai rayon İcra Hakimiyyəti ilə birgə bunu həyata keçiririk. Qızın artıq ailəsi ilə ünsiyyəti var. Bu gün isə yeniyetmənin anasının şifahi müraciəti əsasında 13 yaşlı qızın sığınacağımıza yerləşdirilməsi ilə bağlı ərizəsi rəsmiləşdiriləcək. Yaxın zamanlarda yeniyetmə təhsilini davam etdirəcək. Eyni zamanda reablitasiyasını keçəcək”. 

13 yaşlı qız sentyabrın 6-da ev şəraitində uşaq dünyaya gətirib. Daha sonra isə onun anası halının pisləşdiyini görüb Təcili Tibbi Yardıma müraciət edib. 

Xatırladaq ki, 13 yaşlı qız 15 yaşlı yeniyetmədən hamilə qalıb.

# 3384
avatar

Aytəkin Cəlali

Oxşar yazılar