15 yaşlı  qızı qaçıran 2 uşaq atası  HƏBS OLUNDU
09 aprel 2026 15:51 (UTC +04:00)

15 yaşlı qızı qaçıran 2 uşaq atası HƏBS OLUNDU

0

Cəlilabadda 15 yaşlı qızla cinsi əlaqədə olan kişi məsuliyyətə cəlb olunub.

Lent.az xəbər verir ki, hadisələr Uzuntəpə kəndi və Göytəpə şəhərində qeydə alınıb.

1995-ci il təvəllüdlü Samir Baxışov (ad və soyad şərtidir) qeyd olunan ünvanlarda iki dəfə təbii, bir dəfə isə qeyri-təbii yolla 2010-cu il təvəllüdlü Gülsümlə (şərti ad) cinsi əlaqədə olub. Bu əməllərinə görə o saxlanılıb və barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs bildirib ki, özünə məxsus olan “VAZ-2107” markalı avtomobil xarab olduğu üçün onu düzəltməkdən ötrü yolun kənarında saxlayıb:

“İşlətdiyim tiktok hesabının adını avtomobilimin arxa şüşəsinə yazmışdım. Bu zaman Gülsüm anası ilə oradan keçirdi. Gülsüm işarə etdi ki, sosial şəbəkə hesabını götürdüm və sənə yazacam. Bundan sonra mənə yazdı. Sonradan mütəmadi yazışmağa başladıq və münasibətlərimiz get-gedə yaxşılaşdı”.

“Cütlüy”ün bu münasibəti onların Uzuntəpə kəndində Samirin kirayə tutduğu evdə təbii yolla cinsi əlaqədə olmalarına gətirib çıxarıb. Sonrakı epizodlarda onlar Göytəpə şəhərində kirayədə tutulan evdə təbii və qeyri-təbii üsullarla əlaqədə olublar. Zərərçəkən isə ifadəsində ilk münasibətdə olduqları gün Samirin onu qaçırdığını və ona "artıq arvadımsan" deməsini bildirib.

Zərərçəkən yeniyetmə qız sonradan hadisə barədə valideynlərinə məlumat verib. Valideynlər də hüquq-mühafizə orqanlarına bu barədə şikayət ediblər. Nəticədə Samir Baxışov saxlanılaraq barəsində cinayət işi açılıb.

Samir ifadəsində qarşı tərəflə barışdığını, zərərçəkənin ona qarşı şikayət və tələbinin olmadığını deyib. O, həmçinin himayəsində 2 azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.

Məhkəmənin qərarı ilə S. Baxışov 1 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar