2 avtomobil toqquşdu - ağac və qaz dirəyi yerindən qopdu-FOTO
31 yanvar 2023 03:02 (UTC +04:00)

2 avtomobil toqquşdu - ağac və qaz dirəyi yerindən qopdu-FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsində qeydə alınıb.

"Kia" və "Honda" markalı avtomobillər toqquşub. İdarəetmədən çıxan "Kia" markalı avtomobil yol kənarındakı ağac və qaz xəttini saxlayan dirəyə çırpılıb. Nəticədə yol təsərrüfatına zərər dəyib, ağac və dirək yerindən qopub. Bir nəfər yüngül xəsarət alıb.

Hər iki avtomobilə ciddi ziyan dəyib. Avtomobillər ərazidən götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.
 

# 1566
avatar

Oxşar yazılar