300 dollara COVID pasportu  satanlar AŞKARLANDI
05 noyabr 2021 14:05 (UTC +04:00)

300 dollara COVID pasportu satanlar AŞKARLANDI

Kaspersky bir neçə kölgə şəbəkə meydançalarını araşdırıb və koronavirus infeksiyasına qarşı Avropa nümunəsində onlayn peyvənd sertifikatı üçün satış təkliflərinin olduğunu aşkarlayıb.

Lent.az xəbər verir ki, elanlardakı sənəd ortalama 300 ABŞ dolları qarşılığında təklif olunur.

Məlumata görə, dələduzlar əmin edirlər ki, sertifikatı aldığı zaman müştəri haqqında məlumatlar bazaya əlavə edilir və ona unikal QR kod təyin olunur. Alıcı peyvənd olunacağı ölkəni və “AstraZeneca”, “Pfizer”, “Johnson&Johnson” və ya “Moderna” kimi peyvənd istehsalçısını seçməkdə sərbəstdir. Sertifikatın özü guya hansısa bir Şərqi Avropa ölkəsində hazırlanır. Mütəxəssislər güman edir ki, elanın əsas məqsədi istifadəçilərdən pul qoparmaqdır.

Sertifikatı QR kodla və digər bütün məlumatlarla birgə elektron sənəd formatında göndərəcəklərinə söz verirlər. Satıcılar əmin edirlər ki, sənədin doğruluğunu “CovPass”, “CovidCheck”, “Corona Warn” və digər rəsmi tətbiqlərin köməyilə yoxlamaq mümkündür. Bəzi hallarda ödənişin istənilən kriptovalyuta ilə qəbul edildiyi qeyd olunur. Elanlara həm ingilis, həm də rus dillərində rast gəlmək olar.

Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Dmitri Qalov bildirib ki, təcavüzkarlar çoxdandır ki, müxtəlif üsullarla pandemiya, məhdudiyyətlər və peyvəndləmə mövzularından qazanc əldə etməyə çalışırlar:

“Hələ bu ilin mart ayında COVID-19-a qarşı xarici ölkə peyvəndlərinin satıldığının şahidi olmuşuq. Daha sonra bu mövzuya maraq azaldı. İndi təcavüzkarlar insanların dünyanı daha sərbəst gəzmək arzusuna kökləniblər, çünki bəzi ölkələrdə müvafiq peyvənd sənədləri olmayanlar üçün səyahət məhdudiyyəti tətbiq olunur. Hər bir halda, kölgə şəbəkələrdən hər hansı bir sertifikatı almamağı təkidlə tövsiyə edirik. Çox güman ki, bütün bu tipli elanlar insanların pulunu ələ keçirmək üçün adi dələduzluq cəhdləridir”.

# 2400
avatar

Oxşar yazılar

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15
Lökbatanda "Prius" "KamAZ"la  toqquşdu: 1 ölü, 4 yaralı

Lökbatanda "Prius" "KamAZ"la toqquşdu: 1 ölü, 4 yaralı

18 may 2024 , 12:24
Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

Bakıda usta işlədiyi evi qarət etdi - VİDEO

18 may 2024 , 12:19
Bakıda itkin düşənlər tapıldı

Bakıda itkin düşənlər tapıldı

18 may 2024 , 12:00