44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə  öldü
17 noyabr 2025 16:49 (UTC +04:00)

44 günlük Vətən müharibəsinin iştirakçısı Ukraynadakı döyüşlərdə öldü

0

Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab olunan Ağdam sakininin nəşi tapılıb.

Lent.az bildirir ki, bu barədə APA-nın Qarabağ bürosuna sözügedən şəxsin yaşadığı Ağdam rayonu, Bənövşələr qəsəbə sakinləri məlumat verib.

Məlumata görə, bir ildən artıq müddətdir ki, taleyindən xəbər olmayan 1994-cü il təvəllüdlü Quliyev Nicat Telman oğlunun döyüş bölgəsindən nəşinin tapılıb. Onun cənazəsinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi ehtimal olunur.

Qeyd edək ki, N.Quluyev 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, sonradan Rusiya ordusu tərəfindən Ukraynada gedən döyüşlərə qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 370

Oxşar yazılar