6 yaşlı uşaq doğum şöbəsində körpəni öldürdü
17 iyul 2025 10:15 (UTC +04:00)

6 yaşlı uşaq doğum şöbəsində körpəni öldürdü

Fransanın Lill şəhərdə Jeanne de Flandre xəstəxanasında 6 yaşlı oğlan yeni doğulmuş qızı təsadüfən yerə yıxaraq öldürüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb. Körpə vaxtından əvvəl doğulub və iyulun 6-da yenidoğulmuşların reanimasiya şöbəsinə köçürülüb, ana isə doğum şöbəsində qalıb.

İyulun 11-də ana və uşağın evə buraxılması nəzərdə tutulub. Evə buraxılmazdan əvvəl qadın lazımi sənədləri almaq üçün həkimlə görüşüb. Lakin az sonra şöbə müdiri onlara zəng edərək körpə balaca oğlanın qucağından yıxılıb deyərək təcili gəlmələrini xahiş edib.

Yeni doğulmuş uşaq huşsuz vəziyyətdə tapılıb və 4 gün sonra ölüb. Mərhumun yaxınlarının verdiyi məlumata görə, körpənin başı yerə çırpılıb.

Qızın oynadığı 6 yaşlı uşaq eyni şöbədə olan xəstənin oğludur. Ölüm səbəbini müəyyən etmək üçün iyulun 17-nə yarılma təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470

Oxşar yazılar