Azərbaycan güləş üzrə Dünya çempionatında ilk medalını  qazandı
28 iyul 2026 18:34 (UTC +04:00)

Azərbaycan güləş üzrə Dünya çempionatında ilk medalını qazandı

0

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov bürünc medal qazanıb.

Apasport.az xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz üçüncü yer uğrunda görüşdə Gürcüstan təmsilçisi Giorgi Çxikvadzeni 7:1 hesabı ilə məğlub edib.

Bu nəticə ilə Salmanov Azərbaycana turnirdə ilk medalı qazandırıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatında 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi iştirak edir. Azərbaycan mundialda 29 idmançı ilə təmsil olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar