98 yaşlı geoloq özünü öldürdü
02 sentyabr 2025 17:35 (UTC +04:00)

98 yaşlı geoloq özünü öldürdü

0

Rusiyanın paytaxtı Moskvada 98 yaşlı geoloq intihar edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə şənbə günü günortadan sonra baş verib. Geologiya-mineralogiya elmləri doktoru səhər saatlarında normal əhval-ruhiyyədə olub. Lakin o, yeməkdən imtina edib. Alim öz otağında dincəlmək qərarına gəlib. Heç kimə zəng etməyib və gələn zəngləri də açmayıb. Yaşlı kişi günorta saat 2 radələrində intihar edib.

Maraqlıdır ki, hadisədən bir müddət əvvəl geologiya institutunun keçmiş baş elmi işçisi xəstəxanadan buraxılıb. Təqaüdçü ürək ritminin pozulması şikayəti ilə xəstəxanaya aparılıb və ertəsi gün evə buraxılıb.

Buzlaq çöküntü mütəxəssisinin bir çox xroniki xəstəlikləri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 782

Oxşar yazılar