Abşeronda kişi yemək bişirməyən  arvadını döydü
23 iyun 2026 13:09 (UTC +04:00)

Abşeronda kişi yemək bişirməyən arvadını döydü

0

Abşeronda kişi arvadını döyüb.

Lent.az xəbər verir ki, hadisə Aşağı Güzdək qəsəbəsində qeydə alınıb.

İttiham aktına görə, 36 yaşlı İkram Həsənov (ad və soyad şərti) yaşadıqları evdə uşaqlara yemək bişirməyən arvadına irad bildirib. Bundan sonra cütlük arasında mübahisə yaranıb. Mübahisə zamanı İkram əl ilə 30 yaşlı arvadının sifətinə zərbə vurub. Sonra isə qadının telefonunu əlindən alıb və cihazla onun qoluna vuraraq, xəsarət yetirib.

Zərərçəkənin şikayəti əsasında İkram Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində dəymiş ziyanı ödədiyini və qarşı tərəflə barışdığını bildirib. Zərərçəkən qadın da həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və İkram Həsənov məsuliyyətdən azad edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakının Xətai rayonunda da kişinin yemək bişirməyən arvadını döyməsi barədə xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 462

Oxşar yazılar