Ağdamda bədbəxt hadisə : 25 yaşlı gənc öldü
18 aprel 2026 20:51 (UTC +04:00)

Ağdamda bədbəxt hadisə: 25 yaşlı gənc öldü

0

Ağdam rayonunun Zəngişalı kəndində bədbəxt hadisə baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu təsərrüfat işləri görərkən ağır xəsarətlər alaraq həyatını itirib.

Məlumata görə, traktora qoşulmuş torpaqəzən texnika ehtiyatsızlıq nəticəsində işə düşüb və nəticədə gənc ölümcül xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar