Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB
17 iyul 2025 12:48 (UTC +04:00)

Ağdaşda kanalda batan yeniyetmənin meyiti tapıldı - YENİLƏNİB

İyulun 16-da Şirvan suvarma kanalının Ağdaş rayonu, Şəkili kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

FHN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 17 yaşlı Süleymanov Dəniz Nəsib oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***
16 iyul, saat: 18:14

Ağdaşda yeniyetmə kanalda batıb.

Lent.az xəbər verir ki, Ağdaş rayonu Yuxarı Şirvan kanalında çimərkən 17 yaşlı Süleymanlı Dəniz Nəsib oğlu boğulub.

Sudan çıxarılması istiqanətində işlər görülür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1656

Oxşar yazılar