Ağstafada iki nəfər minaya düşdü - Ölən var
15 noyabr 2026 17:33 (UTC +04:00)

Ağstafada iki nəfər minaya düşdü - Ölən var

0

Ağstafada mina partlayışı hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.

Minaya düşən 1986-cı il təvəllüdlü R. Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb. 1982-ci il təvəllüdlü S. Əmrahov isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

***

saat 17.25

Azərbaycanda iki nəfər minaya düşüb.

Lent.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Ceyrançöl adlanan ərazidə baş verib.

Hadisə nəticəsində Qazax rayon  Ürkməzli kənd sakini Rəsul Məmmədov həyatını itirib.  O, Ağstafaya əmisi oğlunun yanına qonaq gedibmiş.

Digər şəxsin yaralandığı bildirilir. Onun kimliyi dəqiqləşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar