Azyaşlı övladlarını döyən və işgəncə verən ata  saxlanıldı - YENİLƏNİB
17 dekabr 2025 21:01 (UTC +04:00)

Azyaşlı övladlarını döyən və işgəncə verən ata saxlanıldı - YENİLƏNİB

0

Ağstafada azyaşlı övladlarını döyən və işgəncə verən ata saxlanılıb.

APA-nın yerli bürosuna bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunundan bildirilib.

Qurumdan qeyd edilib ki, övladlarını döyən və işgəncələr verən ata Oruc Əliyev polis əməkdaşları tərəfindən tutulub.

Məsələ ilə Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib.

Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

***

19:27

Ağstafada uşaqların atası tərəfindən döyüldüyü iddia edilib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yeni gün kəndində baş verib.

Uşaqların anası Günel Bayramova iddia edir ki, həyat yoldaşı kənd sakini 42 yaşlı Oruc Əliyev onunla aralarında olan davalara görə uşaqlarını incidirmiş. Sonuncu dəfə davadan sonra ata evinə gedən Günel Bayramova Oruc Əliyev evdə olmayanda uşaqlarına baş çəkməyə gəlib. Bundan xəbər tutan ata da uşaqları anaları ilə görüşdüyü üçün döyüb, işgəncə verib. Azyaşlılar da atalarının analarını və onları günlərlə müxtəlif əşyalarla döyüb, işgəncə verdiklərini bildiriblər. Onlar atalarının spirtli içki aludəçisi olduğunu da deyiblər.

Azyaşlılar əvvəlcə xəstəxanaya yerləşdiriliblər. Ağstafa rayon xəstəxanasından isə bildirilib ki, müayinə zamanı azyaşlılarda ciddi xəsarət aşkar edilməyib.

Uşaqlardan ikisi oğlan, biri qızdır. Azyaşlılar aidiyyəti qrumların əməkdaşları ilə bilrikdə ekspertizaya cəlb ediliblər.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə Regional Qrupunundan bildirilib ki, məsələ ilə bağlı Ağstafa Rayon Polis şöbəsində müvafiq ekspertiza təyin edilib. Araşdırmaların nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 342

Oxşar yazılar