Ailəsinə cəza vermək üçün "özünə"  50 BIÇAQ VURDU  - FOTO
02 fevral 2023 18:36 (UTC +04:00)

Ailəsinə cəza vermək üçün "özünə" 50 BIÇAQ VURDU - FOTO

Almaniyanın İnqolştadt şəhərində qız ailəsinə cəza vermək üçün özünün oxşarını öldürüb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2022-ci ilin avqustunda İran əsilli 23 yaşlı gözəllik ustası Şaraban K. valideynləri ilə mübahisə zəminində gizlənmək qərarına gəlib.

O, ailəsinə cəza vermək üçün öz ölümünü saxtalaşdırmağı planlaşdırıb. Şəraban K. sosial şəbəkələrdə özünə oxşayan bir neçə qadın taparaq onlarla görüş təşkil edib.

Yalnız Əlcəzairdən olan 23 yaşlı blogger Xədicə O. kosmetika almaq bəhanəsi ilə görüşə razılıq verib. Şaraban K. rəfiqəsi, 23 yaşlı Kosovo əsilli Şekir K. ilə birlikdə onu maşınla olduğu ünvandan götürməyə gəlib. Şaraban K. rəfiqəsi ilə Xədicəni meşəyə apararaq zorla maşından düşürüb. Elə oradaca ona təxminən 50 bıçaq zərbəsi vurublar.

Bundan sonra öldürülən qadının cəsədini maşının arxa oturacağına qoyub İnqolştadta aparıblar. Onlar avtomobili meyitlə birlikdə Dunay çayının sahilinə yaxın, sakit yaşayış massivində saxlayıblar. Avqustun 16-da gecə yarısı meyiti Şarabannın valideynləri tapıblar. Valideynlər qətlə yetirilən qadının onların qızı olduğunu müəyyən ediblər. Onların uzun qara düz saçları, oxşar quruluşları və makiyajları bir-birinə çox oxşayırdı.

Mütəxəssislər meyiti yardıqdan sonra qadının əsl şəxsiyyətini müəyyən ediblər. Polis araşdırma zamanı Şaraban K. və Şekir K.ni tapmağa müvəffəq olub, şübhəlilər saxlanılıb. Əgər günahı sübuta yetirilərsə, qadınları ömürlük həbs cəzası gözləyir.

# 1653
avatar

Fidan İlqar

Oxşar yazılar

Şirvanda daha bir nəfər özünü asdı

Şirvanda daha bir nəfər özünü asdı

24 mart 2023 , 18:49
Qız musiqinin səsinə etiraz edən atasını öldürdü

Qız musiqinin səsinə etiraz edən atasını öldürdü

24 mart 2023 , 17:54
1 ay əvvəl itkin düşən kişinin meyiti su kanalından tapıldı

1 ay əvvəl itkin düşən kişinin meyiti su kanalından tapıldı

24 mart 2023 , 16:17
57 yaşlı kişi həyətdə özünü ASDI

57 yaşlı kişi həyətdə özünü ASDI

24 mart 2023 , 15:32
Yuxarı Şirvan kanalından meyit tapıldı

Yuxarı Şirvan kanalından meyit tapıldı

24 mart 2023 , 14:52
Bakıda qadın bayram günü oğurluq etdi

Bakıda qadın bayram günü oğurluq etdi

24 mart 2023 , 13:55
Bərdədə maşın vuran gənc xəstəxanada öldü

Bərdədə maşın vuran gənc xəstəxanada öldü

24 mart 2023 , 13:11
Şəmkirdə 4 ballıq ZƏLZƏLƏ

Şəmkirdə 4 ballıq ZƏLZƏLƏ

24 mart 2023 , 12:58