Ana körpəsini aclıqdan öldürdü
05 dekabr 2025 10:52 (UTC +04:00)

Ana körpəsini aclıqdan öldürdü

0

Rusiyanın Buryatiya vilayətində ana körpəsini aclıqdan öldürüb.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, qadın həkimlərin uşağın kritik çəki çatışmazlığı barədə dəfələrlə xəbərdarlıqlarına baxmayaraq, körpə üçün nəzərdə tutulmuş qarışığı qəsdən adi quru qaymaqla əvəz edib. Uşaq kəskin çəki itirməkdən (aclıqdan) dünyasını dəyişib.

Bildirilir ki, tibbi mütəxəssislər körpənin inkişafındakı pozğunluğu həyatının ilk həftələrindən qeydə alıblar. Müayinələr zamanı həkimlər anaya açıq şəkildə bildiriblər ki, onun verdiyi qidalanma təhlükəlidir və normal böyüməni təmin etmir. Lakin qadın tövsiyələrə məhəl qoymayıb və körpəni sulandırılmış qaymaqla bəsləməyə davam edib.

Dördüncü aya çatanda uşağın vəziyyəti kritik həddə düşüb: ölüm anında onun çəkisi cəmi 2640 qram olub. Bu, doğum evindən çıxarkən çəkisinə demək olar ki, bərabərdir. Mütəxəssislər ölümün səbəbini qidalanma çatışmazlığı nəticəsində yaranan ağır arıqlama (alimentər distrofiya) kimi qeyd ediblər.

Dindirmələr zamanı qadın öz günahını tam etiraf edib. Məhkəmə onun iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona bir il azadlığın məhdudlaşdırılması cəzası verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar