Araqdan zəhərlənən  24 hərbçi öldü
03 dekabr 2023 14:10 (UTC +04:00)

Araqdan zəhərlənən 24 hərbçi öldü

Rusiya hərbçilərinin 2014-cü ildən nəzarətində olan Simferopoldakı hərbi hissələrdən birində zəhərlənmə nəticəsində 24 hərbçi həlak olub, daha 11 nəfər xəstəxanaya yerləşdirilib.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə Rusiya mənbələrinə istinadən məlumat yayılıb.

İki qızın hərbçilərə “təşəkkür əlaməti” olaraq nəzarət-buraxılış məntəqəsinə yeddi butulka araq və qəlyanaltı (çörək, balıq, kolbasa, pendir) gətirdiyi bildirilir. Hərbçilərin zəhərlənməsindən sonra həm araqda, həm də yeməkdə böyük dozada arsen (ağır metal), şüşələrdən birində isə strixnin aşkar edilib.

Təxribatçıların kimliyini müəyyən etmək mümkün olmayıb, hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. Hadisələrdə bu yaxınlarda Rusiya Federal Təhlükəsizlik Xidmətinin bir neçə zabitini zəhərləyən Mariupoldan olan müqavimət hərəkatının üzvlərinin iştirak etdiyinə dair şübhələr var.

# 3393
avatar

Oxşar yazılar

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

Ağsuda "Mercedes" aşdı, sürücü öldü

2 mart 2024 , 09:42
Azərbaycanlılar qızıl mağazasını qarət etdi

Azərbaycanlılar qızıl mağazasını qarət etdi

2 mart 2024 , 09:25
Sumqayıtda DƏHŞƏT:  Qaynını öldürüb   intihar etdi -  YENİLƏNİB

Sumqayıtda DƏHŞƏT: Qaynını öldürüb intihar etdi - YENİLƏNİB

2 mart 2024 , 08:32
Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

Salyan sakinləri 6 kiloqram narkotiklə tutuldu

2 mart 2024 , 08:22
Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

Xaçmazda 34 yaşlı kişi bıçaqlandı

1 mart 2024 , 23:49
Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

Saatlıda avtomobil 8 yaşlı qızı vurub öldürdü

1 mart 2024 , 17:45
Narkotacirlərə kömək edən polis həbs olundu

Narkotacirlərə kömək edən polis həbs olundu

1 mart 2024 , 17:18
Zorla hərbi komissarlığa aparılan xəstə öldü

Zorla hərbi komissarlığa aparılan xəstə öldü

1 mart 2024 , 15:21