Saatlı rayonunda yeniyetmə Araz çayında batıb.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə günorta saatlarında qeydə alınıb. Saatlı şəhər sakini, 13 yaşlı Kənan Ramazanlı Araz çayında çimərkən suda batıb.
Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfinfən axtarış işləri davam etdirilir.
***
15:15
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Araz çayının Saatlı şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Lent.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.