Bakıda yol kənarı ilə lüt gəzən oğlan saxlanılıb.
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu Bilgəh qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs tamamilə çılpaq halda dənizkənarı magistral yolda hərəkət edərək insanların narahatlığına səbəb olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb və müayinə zamanı narkotik maddənin təsiri altında olduğu üzə çıxıb.
Saxlanılan 27 yaşlı oğlan uzun müddətdir restoranda aşpaz işlədiyini, hadisədən əvvəl istirahət mərkəzində kokteyl içdiyini və bundan sonra özünü itirdiyini bildirib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 510-cu maddələrin ilə protokol tərtib olunub. Sabunçu rayon Məhkəməsinin qərarı ilə o. 300 manat məbləğində cərimələnib.