Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib.
Bu barədə Lent.az-a XİN-dən məlumat verilib.
"Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş pilotsuz uçuş aparatı hücumu nəticəsində həlak olmuş 4 nəfər Azərbaycan vətəndaşının nəşləri 10 iyun tarixində Vətənə gətirilib.
Faciə nəticəsində həlak olmuş həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.
***
saat 11:27
İyunun 5-də Azov dənizində yük gəmisinə PUA hücumu zamanı həyatını itirənlər soydaşlarımızın cənazələri Azərbaycana gətirilib.
Bu barədə Lent.az-a həlak olanların yaxınları məlumat verib.
Bildirilib ki, bu gün səhər saatlarında soydaşlarımızın nəşləri Yalama Sərhəd-Keçid Məntəqəsindən Azərbaycan ərazisinə daxil olub.
Cənazələr bu gün Bakıya gətiriləcək və günün ikinci yarısı ailələrinə təhvil veriləcək.
Qeyd edək ki, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu gəmilərə PUA hücumi nəticəsində 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olub.
Həlak olmuş vətəndaşlarımız 50 yaşlı Rəcəb Əhədov və 29 yaşlı Məhəmməd Əliyevin cəsədləri dərhal aşkarlanıb. Hazırda cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür.