Bakı İstintaq Təcridxanasında məhbusa görün nə gətirdilər?
28 avqust 2026 17:20 (UTC +04:00)

Bakı İstintaq Təcridxanasında məhbusa görün nə gətirdilər?

0

Bakı İstintaq Təcridxanasında görüş zamanı məhbusa qanunsuz əşyalar gətirildiyi müəyyən olunub.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən Lent.az-a verilən xəbərə görə, həbs edilmiş şəxs üçün tanışı tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən bir cüt ayaqqabının içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bir daha vətəndaşların diqqətinə çatdırılır ki, penitensiar müəssisələrdə saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi cinayət məsuliyyətinə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 252

Oxşar yazılar